“Yuventus”un müdafiəçisi əməliyyat olunacaq

“Yuventus”un futbolçusu Matteys de Liqt əməliyyat olunacaq.

Komanda.az xəbər verir ki, bu barədə müdafiəçi UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Lion”la cavab oyunundan (2:1) sonra özü məlumat verib:

“İndi çiynimdən əməliyyat olunmalıyam. Bizim üçün mövsüm başa çatdı və artıq bu məsələyə köklənəcəm. Düzü, növbəti mərhələyə keçmədiyimiz üçün məyus oldum, amma sağalmaq üçün vaxta ehtiyacımın olduğunu da düşünürəm”.

Keçən ilin noyabrında niderlandlı müdafiəçinin çiyni çıxmışdı.