“Onun oynaması üçün həkimlərin icazəsini gözləyirik” – Pirlo

İtaliya A Seriyasının 5-ci turu çərçivəsində “Verona” ilə qarşılaşacaq “Yuventus”un zədəli müdafiəçilərinin vəziyyəti məlum olub.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora”nın baş məşqçisi Andrea Pirlo, Aleks Sandro və Matteys de Liqtin vəziyyəti barədə danışıb:

“Sandro ağır bir zədə aldı. Onun daha bir ay yaşıl meydandan kənarda qalacağını düşünürük.

De Liqt isə yaxşıdır. Onun oynaması üçün həkimlərin icazəsini gözləyirik. O, həm fiziki, həm də psixoloji olaraq meydana çıxmağa hazırdır”.

“Yuventus” koronavirusa yoluxduğu üçün hücumçusu Kriştiano Ronaldonun da xidmətindən məhrumdur.

“Yuventus” – “Verona” oyunu bu gün, saat 23:45-də start götürəcək.