Ronaldo “Yuventus”dan ayrılacaq? – klub rəsmisindən açıqlama

“Yuventus”un idman direktoru Fabio Paratiçi komandadan ayrılacağı iddia olunan Kriştiano Ronaldo haqda açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Paratici, portuqaliyalı hücumçunun komandada qalacağını deyib:

“Sizə əminliklə deyə bilərəm ki, Ronaldo “Yuventus”da qalacaq. Transferlərlə bağlı hər gün bir xəbər çıxır. Biz, boş-boş xəbərlərə əhəmiyyət vermirik”.

Ronaldonun yayda “Yuventus”dan ayrılacağı iddia olunur. Turin təmsilçisi ilə 2022-ci ilin yayına qədər müqaviləsi olan hücumçu, bu mövsüm A Seriyasında 5 oyuna 8 qol vurub.