“Bu səsvermənin nəticələri hər zaman şübhəli olub” – “Yuventus”un rəsmisi

“Yuventus”un idman direktoru Fabio Paratiçi İtaliya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, Paratiçi, “qızıl top”un səsverməsinin nəticələri haqda fikirlərini bildirib:

“Ronaldonun üçüncü yeri tutması onun üçün çətin deyil. Biz həmişə onun “qızıl top”a layiq olduğunu demişik. Bu səsvermənin nəticələri hər zaman şübhəli olub”.

“Qızıl top” mükafatının qalibi Lionel Messi olub. Üçüncü yeri tutan Ronaldo isə mükafatlandırma mərasiminə qatılmayıb. Portuqaliyalı hücumçu İtaliya A Seriyasında ötən mövsümün ən yaxşı oyunçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button