1 həftə də gözləyəcək

İtaliyanın “Yuventus” klubunun zədəli futbolçusu Alvaro Moratanın sağalacağı vaxt açıqlanıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Morata daha bir həftə yaşıl meydanlardan kənarda qalacaq. Onun yanvarın 17-də A Seriyasında keçiriləcək “İnter”lə oyuna hazır olacağı bildirilir.

Morata yanvarın əvvəlində – komandanın məşqində zədələnib.