“Bir müddət ayrılmağı düşündüm” – “Yuventus”un futbolçusu

“Yuventus”un futbolçusu Paulo Dibala açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı oyunçu, yay transfer pəncərəsi dövründə “Yuventus”dan ayrılmaq haqda düşündüyünü deyib:

“Transfer dövründə hər şey çox sürətli keçir. Bəli, bir müddət ayrılmağı düşündüm. Ancaq sonra burda qalmaq və karyeramı “Yuventus”da davam etdirmək istədim. Bu forma üçün edəcəyim çox şey var”.

2015-ci ildən “Yuventus”da çıxış edən Dibalanın hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.