“Yuventus”un futbolçusu Litva klubunda

“Yuventus”un qolkiperi Laurentis Branesku karyerasını Litvada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 24 yaşlı qapıçı “Jalqiris” klubuna icarəyə verilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Branesku mövsümün sonuna qədər “Jalqiris”in uğurları üçün çalışacaq.

2011-ci ildə “Yuventus”a transfer olunan Branesku, əsas komandayla heç bir rəsmi qarşılaşmada iştirak etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button