Ronaldo klubunu dəyişmək istəyir, ancaq…

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo yayda klubunu dəyişmək niyyətindədir.

Komanda.az xəbər verir ki, Avropanın bir neçə klubu portuqaliyalı hücumçu ilə yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Ronaldo ilə maraqlanan klublar onun “Yuventus”da qazandığı maaşı vermək istəmir. 36 yaşlı hücumçu Turin təmsilçisində illik 30 milyon avro qazanır. Ronaldo maaşının azaldılmasına razı olsa, artıq onunla maraqlanan klublar rəsmi təkliflə “Yuventus”a müraciət edə bilər.

Ronaldonun adı İngiltərənin “Mançester Yunayted” klubu ilə hallanır. Onun “Yuventus”la müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button