Ronaldo üzr istəyəcək

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo “Milan”la oyundakı xoşagəlməz davranışlarına görə komanda yoldaşlarından üzr istəyəcək.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Portuqaliya millisinin düşərgəsindən qayıdan Ronaldo, “Yuventus”dakı komanda yoldaşlarını şam yeməyinə dəvət edib. 34 yaşlı hücumçunun bu vasitə ilə son zamanlarda yaşananlara görə üzr istəyəcəyi bildirilir.

Ronaldo A Seriyasının sonuncu turunun “Milan”la oyununda (1:0) erkən əvəzləndiyi üçün qəzəblənərək, stadionu tərk etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button