Ronaldo malikanəsini satdı – Komanda yoldaşına

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo Portuqaliyanın Qeres bölgəsində yerləşən malikanəsini satıb.

Komanda.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, Ronaldo, malikanəni Portuqaliya millisindəki komanda yoldaşı Pepeyə satıb. Pepe, yeni evi üçün 2,3 milyon funt-sterlinqindən keçməli olub.

Ronaldo, bu malikanəni 7 il əvvəl, 3,5 milyon funt-sterlinqə almışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button