Kriştiano Ronaldo – cərimə zərbələrində ən uğursuz 2-ci futbolçu

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo İtaliya A Seriyası tarixinə düşüb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı hücumçu A Seriyasında cərimə zərbəsini yerinə yetirən ən pis 2-ci futbolçu olub. Ötən il “Yuventus”a keçən Ronaldo, 18 dəfə cərimə zərbəsindən topu qapıya göndərmək istəsə də, hədəfdən yayınıb.

A Seriyası tarixində cərimə zərbəsini ən pis yerinə yetirən futbolçu isə Kamillo Çanodur. Ötən mövsüm “Frozinone” ilə A Seriyasında mübarizə aparan hücumçu 21 dəfə cərimə nöqtəsindən qapıya zərbə vursa da, uğursuz olub.