“Geri qayıtdıq və indi daha güclüyük” – Ronaldo

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı hücumçu, yeni mövsümdəki hədəflərindən danışıb:

“Yuventus”dakı üçüncü mövsümümə hazırlanarkən, motivasiyam hər zamankı kimi yüksəkdir. Bütün gücümlə və komanda yoldaşlarımın dəstəyiylə “Yuventus”u Avropanın və dünyanın zirvəsinə aparmaq üçün çalışacağıq.

Hər il əvvəlkindən daha uğurlu olmağı hədəfləyir, hər şeyi qazanmaq istəyirik. Biz “Yuventus”uq, çempionuq. Geri qayıtdıq və indi daha güclüyük”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button