“Yuventus”un futbolçusu koronavirusdan sağaldı

“Yuventus”un koronavirusa yoluxan futbolçusu Matteys de Liqt sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçinin son iki testinin neqativ nəticələndiyi bildirilir. Karantin rejimini bitirən futbolçunun “Yuventus”un “Bolonya” ilə bu gün keçirəcəyi oyununda iştirak edəcəyi gözlənilir.

“Yuventus” – “Bolonya” oyunu saat 15:30-da başlayacaq.