Daha bir futbolçu koronavirusa yoluxdu – “Yuventus”da

“Yuventus”un futbolçusu Federiko Bernardeski koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb və o, karantinə alınıb.

“Yuventus”da bundan əvvəl Leonardo Bonuççi və Merih Demiral koronavirusa yoluxmuşdu.