“Milan” və “İnter” “Yuventus”un futbolçusu ilə maraqlanır

“Yuventus”un futbolçusu Federiko Bernardeski klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə “Milan” və “İnter” klubları yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Milan təmsilçiləri Bernardeskini mövsümün sonunda azad agent kimi heyətinə qatmaq istəyir. “Milan” və “İnter” yaxın zamanda futbolçu ilə danışıqlar aparıb, ilkin razılıq əldə etməyə çalışacaq.

Bernardeskinin “Yuventus”la müqaviləsi bu ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button