İngiltərə klubları “Yuventus”a təklif göndərdi

“Yuventus”un futbolçusu Deyan Kuluşevski klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Yuventus” isveçli yarımmüdafiəçi üçün “Arsenal” və “Tottenhem”dən rəsmi təklif alıb. Eyni zamanda, Almaniyanın “Bayern” klubu da Kuluşevski ilə yaxından maraqlanır.

“Yuventus” 21 yaşlı futbolçunu mövsümün sonuna qədər başqa bir kluba icarəyə vermək istəyir.

Kuluşevski bu mövsüm A Seriyasında 18 oyuna çıxıb.