“2 ildən sonra karyeramı bitirəcəm” – “Yuventus”un müdafiəçisi

“Yuventus”un futbolçusu Corco Kyellini İtaliya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, 35 yaşlı müdafiəçi, 2 il sonra karyerasını bitirmək istədiyini deyib:

“Hələ neçə il oynayacağımı bilmirəm. Yəqin ki, 2 ildən sonra karyeramı bitirəcəm. Daha sonra məşqçi kimi fəaliyyət göstərməyi düşünürəm.

Futbolçular karyerasını bitirən kimi məşqçi olur. Bunu düzgün hesab etmirəm. Futbolçu olarkən elə hesab edirsən ki, futbolda hər şeyi bilirsən, ancaq belə deyil. Bu işdə önəmli olan təcrübədir. Məşqçilikdə görürsən ki, səndən 10, 20 yaş kiçikdir, ancaq təcrübəsi daha çoxdur”.

2005-ci ildən “Yuventus”da çıxış edən Kyellininin müqaviləsi bu mövsümün sonunda bitir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button