“Arsenal” “Yuventus”un futbolçusu ilə razılaşdı

“Yuventus”un futbolçusu Artur karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 25 yaşlı braziliyalı yarımmüdafiəçi “Arsenal” klubu ilə razılıq əldə edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Arsenal” hazırda “Yuventus”la danışıqlar aparır. Turin təmsilçisi futbolçusunu satmaq niyyətində deyil. Tərəflər arasında görüşlər davam edir.

Artur bu mövsüm “Yuventus”la 11 oyuna çıxıb.