“Yuventus”un futbolçusu “Borussiya”nın hədəfində

“Yuventus”un futbolçusu Mario Mancukiç karyerasını Almaniyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, xorvat hücumçuyla Dortmund “Borussiya”sı yaxından maraqlanır. Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

“Borussiya” rəhbərliyinin Mancukiçlə ilkin danışıqlara başladığı bildirilir.

33 yaşlı hücumçu bir müddət əvvəl “Yuventus”la 2021-ci ilə qədər olan yeni sözləşmə imzalayıb.