“Haynkes qışqırıb, məni təhqir edirdi və bunun hesabına çox inkişaf etdim”

“Yuventus”un futbolçusu Əmrə Can açıqlama verib.

Komanda.az xəbər verir ki, Almaniyanın “Kicker” nəşrinə danışan yarımmüdafiəçi, gənc futbolçuların yüksək məvacib almalarından narazı olduğunu bildirib:

“Peşəkar futbolçularla məşq edən bəzi gənc oyunçuların bədən dilləri məni çox əsəbiləşdirir. Gedib, onlara kömək etmək istəyirəm, ancaq bunu başa düşmürlər. Bəlkə də, bunun səbəblərindən biri gənc yaşda yüksək məvacib almalarıdır. Gənc olan zaman çox çalışıb, özünüzü daha yuxarı səviyyələrə aparmalısız.

Mən gənc olanda “Bavariya”da Yupp Haynkeslə birlikdə çalışdım. Haynkes qışqırıb, məni təhqir edirdi, onun hesabına çox inkişaf etdim. Ancaq bunu sonradan başa düşdüm”.

“Bavariya”nın yetirməsi olan Əmrə, 2018-ci ilin yayından “Yuventus”da forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button