“Yuventus”un futbolçuları koronavirusa qalib gəldi

“Yuventus”un futbolçuları Daniel Ruqani və Blez Matuidi koronavirusa qalib gəlib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə, hər iki futbolçunun koronavirus testinin nəticəsinin mənfi olduğu bildirilib.

“Yuventus”un digər koronavirusa yoluxan futbolçusu Paulo Dibala isə hələ sağalmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button