“Yuventus”un braziliyalı futbolçusu yenə zədələndi

İtaliya çempionu “Yuventus”un yarımmüdafiəçisi Duqlas Kosta yenidən zədələnib.

Komanda.az xəbər verir ki, bu barədə Turin təsmilçisinin rəsmi saytı məlumat yayıb.

Braziliyalı futbolçu A Seriyasının 23-cü turu çərçivəsində “Verona” ilə səfər oyununda (1:2) zədələnmişdi. Müayinələrdən sonra 29 yaşlı yarımmüdafiəçinin 15-20 gün yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Xatırladaq ki, mövsümün əvvəlindən bəri azı iki ay komandasına kömək edə bilməyən futbolçu 13 oyunu buraxmaq məcburiyyətində qalmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button