Alleqri: “Bu mövsüm favoritlər sırasında deyilik”

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda İsveçin “Malmö” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Alleqri, Turin təmsilçisinin turnirdəki hədəflərindən də söz açıb:

“Yuventus” ona görə favorit hesab edilirdi ki, son beş ildə iki final oynamışıq. Sadəcə bəxtimiz də gətirməyib. Klub prezidenti ilə söhbət etmişəm, əsas məqsəd 1/4 finala qədər getməkdir. Ora düşdükdən sonra hər şey baş verə bilər.

Qrup mərhələsini keçməliyik. Bu mövsüm favoritlər sırasında deyilik. Amma bu o demək deyil ki, qalib gəlmək istəyimiz yoxdur”.

Bu gün keçiriləcək “Malmö” – “Yuventus” matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button