Pirlo üçün son şans

“Yuventus”un baş məşqçisi Andrea Pirlonun klubdakı gələcəyi sual altındadır.

Komanda.az xəbər verir ki, Turin klubunun rəhbərliyi 41 yaşlı mütəxəssisə iki oyunluq şans verib. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb.

“Yuventus” A Seriyasının “Torino” və “Napoli” ilə matçlarında xal itirsə, klub rəhbərliyi Pirlo ilə yollarını ayıra bilər. “Qoca sinyora” aprelin 3-də “Torino” ilə səfərdə, 7-də isə “Napoli” ilə evdə qarşılaşacaq.

Pirlo 2020-ci ilin avqustundan “Yuventus”u çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv A Seriyasında 3-cü sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button