Pirlo: “Komanda məğlub olursa, ilk günahkar baş məşqçidir”

“Yuventus”un baş məşqçisi Andrea Pirlo İtaliya A Seriyasının 18-ci turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Pirlo, 0:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Topu çox yavaş hərəkət etdirirdik. Bunun əsas səbəbkarları yarımmüdafiəçilər deyil, müdafiəçilərdir. Çox yavaş hərəkət etdiyimiz üçün xətlərarası əlaqə yarada bilmədik.

Komanda məğlub olursa, ilk günahkar baş məşqçidir. Əvvəlcədən planlaşdırılan oyun alınmırsa, demək ki, komanda planı başa düşə bilməyib. Buraxdığımız ilk qoldan sonra vəziyyət daha da çətinləşmişdi”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button