“Barselona” ilə oyun bizim üçün həlledici deyil, ancaq…” – Pirlo

“Yuventus”un baş məşqçisi Andrea Pirlo Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Barselona”ya qarşı keçirəcəkləri oyundan əvvəl açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Pirlo, güclü komandaya qarşı oynayacaqlarını deyib:

“Güclü komandaya qarşı oynayacağımız üçün şanslıyıq. “Barselona” ilə oyun bizim üçün həlledici deyil, ancaq özümüzü sübut etmək üçün şanslarımızı gözləyəcəyik.

“Barselona” güclü komandadır və səviyyəli futbolçuları var. Mükəmməl bir oyun bizi gözləyir. Lionel Messi hələ də futbol tarixinin ən yaxşılarındandır. Futbolçu kimi dəfələrlə ona qarşı oynamışam. Bu gün isə ilk dəfə baş məşqçi kimi qarşısına çıxacam”.

Bu gün keçiriləcək “Yuventus” – “Barselona” matçı saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button