Ronaldonun 55-ci dəqiqədə əvəzlənməsinin səbəbi nə olub?

“Yuventus”un baş məşqçisi Mauritsio Sarri İtaliya A Seriyasının 12-ci turunda “Milan”ı məğlub etdikləri oyundan (1:0) sonra fikirlərini bildirib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, italyan mütəxəssis, futbolçusu Kriştiano Ronaldonu 55-ci dəqiqədə əvəzləməsinin səbəbini də açıqlayıb:

“Ronaldo oynamaq üçün əlindən gələn hər şeyi etdi. Ancaq gördüm ki, özünü yaxşı hiss etmir və onun yerinə başqasının meydana girməsi daha yaxşı olacaq. Əlindən gələnin ən yaxşısını edən bütün futbolçular əvəzlənən zaman əsəbiləşir”.

Sarri, “Milan”la oyunun 55-ci dəqiqəsində Ronaldonu Paulo Dibala ilə əvəzləyib. Ronaldo meydandan çıxarkən əsəbiləşərək, birbaşa paltardəyişmə otağına gedib. Görüşün taleyini həll edən yeganə qolu isə argentinalı hücumçu vurub.