“Yuventus”un təklifini niyə rədd etdim, bilmirəm” – Lukaku

“İnter”ə transfer olunacağı iddia edilən “Mançester Yunayted”in futbolçusu Romelu Lukaku açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, belçikalı hücumçu, İtaliya A Seriyasında oynamaq istədiyini deyib:

“Çelsi”dən ayrılarkən “Yuventus” mənə təklif göndərmişdi. Ancaq qəbul etmədim, niyəsini bilmirəm.

İtaliya A Seriyasında oynamaq mənim arzumdur. Ancaq indi diqqətim “Mançester Yunayted”dədir. Bilirəm ki, gec-tez İtaliyada oynayacam”.

İtaliya mətbuatı “İnter”in Mauro İkardini satacağını və onun transferindən gələn pulla Romelu Lukakunu transfer edəcəyini iddia edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button