“Yuventus”dan ayrılan futbolçu Bekhemin klubunda – rəsmi

“Yuventus”la yollarını ayıran Blez Matuidi karyerasını ABŞ-da davam etdirəcək.

Komanda.az xəbər verir ki, fransız yarımmüdafiəçi İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin sahibi olduğu “İnter Mayami” klubuna keçib. Bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 33 yaşlı futbolçuyla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Matuidi Fransa millisi ilə DÇ-2018-in qalibi olmuşdu. Yarımmüdafiəçi dünən 2017-ci ildən formasını geyindiyi “Yuventus” klubundan ayrıldığını açıqlamışdı.