“Yuventus”dan daha bir müqavilə – İllik 50 milyon avro

İtaliyanın “Yuventus” klubu titul sponsoru olan “Jeep” şirkəti ilə yeni müqavilə imzalaya bilər.

Komanda.az “Tuttosport”a istinadən xəbər verir ki, “qoca sinyora” sözügedən şirkətlə yeni müqavilə üçün danışıqlara başlayıb. Yeni sözləşməyə görə, Turin təmsilçisinə ediləcək illik ödənişlər 16 milyon avrodan 50 milyon avroya qədər artırılacaq.

“Yuventus”un “Jeep”lə hazırkı müqaviləsinin müddəti 2021-ci ilədək nəzərdə tutulub.

“Yuventus” texniki sponsoru olan “Adidas”dan da oxşar məbləğ – 51 milyon avro əldə edir. Klub bu şirkətlə müqavilənin müddətini bir müddət əvvəl 2027-ci ilədək uzatmışdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button