“Yuventus”dan Bundesliqa klubuna

Futbol üzrə İtaliya milli komandasının sol cinah müdafiəçisi Luka Pelleqrini İtaliyanın “Yuventus” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi 23 yaşlı futbolçunu Almaniyanın “Ayntraxt” klubuna icarəyə verib.

Müdafiəçi 2023-cü ilin 30 iyununa kimi Frankfurt klubunun uğurları üçün çalışacaq. Müqavilədə satınalma şərti yoxdur.

Luka Pelleqrini “Roma”nın yetirməsidir. “Yuventus” onu 2019-cu ilin yayında 22 milyon avro qarşılığında transfer edib. Gənc futbolçu indiyə qədər Turin təmsilçisində 21 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. Pelleqrini daha öncə “Kalyari” və “Cenoa”da da icarə əsasında çıxış edib. Futbolçu İtaliyanın əsas yığmasında 1 oyun keçirib.