“Yuventus” 5,5 milyon avro qazandı!

“Yuventus” Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko”yla qarşılaşdığı oyun üçün bilet satışından gələn gəliri açıqlayıb.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi sözügedən qarşılaşmada bilet satışından 5,5 milyon avro qazanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bu, “Yuventus” tarixində bilet satışından qazanılan ən yüksək məbləğdir.

Bundan əvvəl “Yuve” Çempionlar Liqasının qrup mərhələsinin “Mançester Yunayted”lə ev oyununda (1:2) bilet satışından 5 milyon avro qazanmışdı.

“Qoca sinyora” ilk oyunda “Atletiko”ya 0:2 hesabıyla məğlub olmasına baxmayaraq, cavab matçında 3:0 hesablı qələbə qazanaraq, ÇL-də 1/4 finala yüksəlib.