“Yuventus”dan 50 milyon avroluq təklif

İtaliyanın “Yuventus” klubu “Fiorentina”nın futbolçusu üçün hərəkətə keçir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” “Fiorentina”nın yarımmüdafiəçisi Federiko Kyezanı heyətinə qatmaq niyyətindədir. Turin klubunun 22 yaşlı Kyeza üçün qarşı tərəfə 50 milyon avro təklif etdiyi bildirilir.

“Fiorentina” ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatacaq italiyalı futbolçu “Mançester Yunayted”, PSJ, “İnter” kimi klubların da maraq dairəsindədir. O, cari mövsümdə iştirak etdiyi 26 oyunda 7 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button