İkardiyə 5 illik müqavilə təklifi

“Yuventus”un “İnter”in hücumçusu Mauro İkardini transfer etmək niyyətində olduğunu xəbər vermişdik.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” “İnter”lə yeni müqavilə imzalamaqdan imtina edən argentinalı futbolçu üçün təklif hazırlayıb. İkardini cari mövsümün sonunda heyətinə qatmaq istəyən “Yuventus”, ona ildə 8,5 milyon avro olmaqla, 5 illik müqavilə təklif edəcək.

Bir müddət əvvəl “Napoli”, “Atletiko” və PSJ-nin də 26 yaşlı futbolçu ilə maraqlandığı haqqında xəbərlər yayılmışdı.

“İnter”in İkardi üçün 70 milyon avro tələb etdiyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button