“Yuventus”da Morata şoku

“Yuventus” ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Turin təmsilçisinin hücumçusu Alvaro Morata sıradan çıxıb.

O, A Seriyasının 15-ci turu çərçivəsində “Udineze”yə qarşı keçiriləcək oyun ərəfəsində bu gün baş tutan sonuncu məşqdə zədə alıb. “La Gazzetta dello Sport”un yazdığına görə, ispan futbolçunun zədəsi ciddidir və “Udineze” ilə görüşdə forma geyinə bilməyəcək.

Qeyd edək ki, bu gün keçiriləcək “Yuventus” – “Udineze” matçına saat 23:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button