Ronaldo Sarriylə niyə mübahisə edib?

“Yuventus”da baş məşqçi Mauritsio Sarri ilə Kriştiano Ronaldo mübahisə edib.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Mübahisənin İtaliya kubokunun final matçından bir gün əvvəl baş verdiyi bildirilir.

Kubok matçından əvvəl Sarri Ronaldonun mərkəz hücumçusu kimi oynamasını istəsə də, portuqaliyalı hücumçu bundan imtina edib və solda oynayacağını bildirib. Sarri ilə Ronaldo arasındakı mübahisə bütün komandanın qarşısında baş verib.

“Yuventus” İtaliya kubokunun final matçında “Napoli”yə məğlub olub – 0:0, penaltilər 2:4.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button