“Yuventus”a məğlub olmağa layiq deyildik” – Qattuzo

İtaliya A Seriyasının son turunda “Yuventus”a 1:2 hesabı ilə məğlub olan “Milan”ın baş məşqçisi Cennaro Qattuzo matçdan sonra açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis, məğlubiyyətə layiq olmadıqlarını deyib:

“Çox yaxşı mübarizə apardıq. Bu oyun 2019-cu ildə keçirdiyimiz ən yaxşı matç idi. İlk 60 dəqiqəni yaxşı oynasaq da, 20 dəqiqə ərzində məğlub olduq. Oyun ərzində çox sadə səhvlər etdik.

Hakimlər haqqında danışmaq istəmirəm, amma “Yuventus”a məğlub olmağa layiq deyildik. Hakimlərin yaxşı fikirdə olduqlarına inanıram, buna inanmasam, öz işimi görməyin mənası qalmaz”.