“Yuventus” yenə istəyinə çatmadı

İtaliyanın “Yuventus” klubu hücumçusu Paulo Dibala ilə yeni müqavilə üçün danışıqları növbəti dəfə təxirə salıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, həm klub, həm də argentinalı futbolçu mövcud müqavilənin müddətinin uzadılmasını istəyir, lakin tərəflər məvacib məsələsində razılığa gələ bilməyib. Bu səbəblə, tərəflər danışıqları növbəti dəfə təxirə salıb.

Dibalanın Turin klubu ilə müqaviləsi 2022-ci ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button