“Tottenhem”də qalır – “Yuventus”la “İnter”in istədiyi futbolçu

“Tottenhem”dən ayrılacağı deyilən Tanquy Ndombele karyerası ilə bağlı qərarını verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi London klubunda qalmağa qərar verib. Baş məşqçi Joze Mourinyo ilə münasibətinin yaxşı olmadığı deyilən futbolçu mütəxəssislə problemini həll edib.

Ndombelenin ən azı mövsümün sonuna qədər komandada qalacağı bildirilir.

Fransa millisinin üzvü ilə “Yuventus” və “İnter” maraqlanır. Turin klubu onun keçidi ilə bağlı “Tottenhem”lə danışıqlara da başlamışdı.