“Yuventus” türk müdafiəçisini yenidən itirdi

Futbol üzrə Türkiyə yığmasının və İtaliya çempionu “Yuventus”un müdafiəçisi Merih Demiral yenidən sıradan çıxıb.

Komanda.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

A Seriyası çərçivəsində “Kalyari”yə 2:0 hesabıyla qalib gəldikləri matçda zədə alan 22 yaşlı türk müdafiəçinin bir neçə gün öncə məşqlərə başlamış, hətta dekabrın 2-də Kiyev “Dinamo”suna 3:0 hesabıyla qalib gəldikləri matçda da meydana çıxmışdı. Amma o, bu oyunun ikinci hissəsində növbəti dəfə zədələnib və əvəzlənmək məcburiyyətində qalıb.

Klubun yaydığı məlumata görə, Demiral daha 10 gün yaşıl meydanlardan kənarda qalacaq. Merihin İtaliya çempionatı çərçivəsində “Torino”, UEFA Çempionlar Liqasında isə “Barselona” ilə oyunları buraxacağı dəqiqləşib.

Türk futbolçu bu mövsüm “Yuventus”da 9 oyuna çıxıb, 1 məhsuldar ötürmə edib.