“Yuventus”dan “Tottenhem”ə təklif: Rabiot və…

“Yuventus” “Tottenhem”in futbolçusu Kristian Erikseni transfer etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, “qoca sinyora” 27 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün qış transfer pəncərəsi dövründə “Tottenhem”lə danışıqlara başlayacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Yuventus”un Eriksen üçün “Tottenhem”ə müəyyən məbləğdə pul və Adrian Rabiotu təklif edəcəyi bildirilir.

Danimarka millisinin də formasını geyinən Eriksenlə “Real” da yaxından maraqlanır.