“Yuventus” Luis Suaresdən imtina etdi

“Yuventus”un idman direktoru Fabio Paratiçi adı kubla yanaşı çəkilən “Barselona”nın hücumçusu Luis Suareslə bağlı açıqlama verib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, “qoca sinyora”nın rəsmisi Suaresin transfer edilməyəcəyini açıqlayıb:

“Artıq Suares transfer siyahımızdan çıxarıla bilər, çünki onun İtaliya pasportu alması üçün lazım olan müddət transfer pəncərəsinin son günündən daha uzundur. Suares bizə təklif ediləndə, bu seçimi dəyərləndirdik. Həmin vaxt o, İtaliya vətəndaşlığı alma mərhələsində idi, biz də onu vaxtında qeydiyyatdan keçirməyi müzakirə edirdik, amma bu, mümkünsüzdür. Suaresin transferinə yaxın deyilik.

“Yuventus”un bir hücumçuya ehtiyacı var, nə istədiyimizi bilirik və bunun üzərində çalışırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button