“Yuventus” Simeoneyə bunu da yaşatdı

“Atletiko” Çempionlar Liqasının 1/8 finalının cavab oyununda “Yuventus”a 0:3 hesabıyla məğlub olub.

Komanda.az “Opta” saytına istinadən xəbər verir ki, sözügedən qarşılaşmada madridlilərin baş məşqçisi Dieqo Simeone bir ilk yaşayıb. Belə ki, argentinalı mütəxəssis “Atletiko”nun “sükanı arxasında” ilk dəfə bir İtaliya klubuna məğlub olub.

Simeonenin rəhbərliyi dövründə 7 dəfə İtaliya təmsilçiləriylə qarşılaşan “Atletiko”, bu görüşlərdə 5 dəfə qələbə qazanıb, 2 dəfə də heç-heçə edib.

İlk oyunda Madriddə “Yuventus”u 2:0 hesabıyla məğlub edən “Atletiko”, cavab matçında 0:3 hesabıyla uduzaraq, ÇL-də mübarizəni 1/8 finalda dayandırıb.

Dieqo Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button