“İnter”dən inamlı qələbə

İtaliya A Seriyasında 36-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.

Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Atalanta” doğma meydanda “Cenoa”ya qalib gəlib. “Milan” bu turda “Fiorentina” səfərinə yollanıb və minimal hesabla qələbə qazanıb. “Latsio” isə “Kalyari” ilə səfər oyunundan qələbə ilə ayrılıb.

Bazar günü beş qarşılaşma baş tutub. Beş qolun qeydə alındığı “Torino” – “Sassuolo” matçında meydan sahibləri qələbə qazanıblar. “Frozinone” evdə “Udineze”yə, “Sampdoriya” “Empoli”yə, SPAL isə “Napoli”yə uduzub.

36-cı turun mərkəzi görüşündə “Yuventus” səfərdə “Roma”nın qonağı olub. Meydan sahibləri bu qarşılaşmada inamlı qələbəyə seviniblər.

“İnter” bu turda “Kyevo”nu sınağa çəkib. Milan təmsilçisi inamlı qələbəyə sevinib.

İtaliya A Seriyası, 36-cı tur

11 may

Atalanta – Cenoa 2:1
Qol
: Barrov, 46. Kastanye, 53 – Pandev, 89.

Kalyari – Latsio 1:2
Qol
: Pavoletti, 90 – L.Alberto, 31. Korrea, 53.

Fiorentina – Milan 0:1
Qol
: H.Çalhanoğlu, 35.

12 may

Torino – Sassuolo 3:2
Qol
: Belotti, 56; 82. Zaza, 81 – Burabia, 27. Lirola, 71.

Frozinone – Udineze 1:3
Qol
: Dionisi, 85 – Okaka, 11; 44. Samir, 41.

Sampdoriya – Empoli 1:2
Qol
: Kvalyarella, 90-pen – Farias, 56. Di Lorenso, 75.

SPAL – Napoli 1:2
Qol
: Petanya, 84-pen – Allan, 49. M.Rui, 88.

Roma – Yuventus 2:0
Qol
: Florensi, 79. Dzeko, 90+2.

13 may

Bolonya – Parma 4:1
Qol
: Orsolini, 52. Sepe, 59-öz qapısına. Lyanko, 72. Syerralta, 84-öz qapısına – İnqlese, 71.

İnter – Kyevo 2:0
Qol
: Politano, 39. Perişiç, 86.

Bombardir: Fabio Kvalyarella (Sampdoriya) – 26 qol.