“Yuventus”un “Real”dan istədiyi 4 futbolçu

İtaliyanın “Yuventus” klubu yay transfer pəncərəsi dövründə “Real”dan 4 futbolçunu transfer etmək istəyir.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi “kral klubu”dan Xames Rodriqes, Dani Sebalyos, Marselo və İskonu transfer etmək niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Yuventus”un xüsusilə, Xames və Marselonun transferində qətiyyətli olduğu bildirilir.

“Yuventus” ötən yay “Real”dan Kriştiano Ronaldonu heyətinə qatmışdı.