“Yuventus” “Real”ın futbolçusu üçün hərəkətə keçdi

“Yuventus” “Real”ın ispan futbolçusu ilə maraqlanır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” “kral klubu”nun 26 yaşlı yarımmüdafiəçisi İskonu heyətinə qatmaq istəyir. Turin klubunun ispan futbolçu ilə əlaqə qurduğu və danışıqlara başlamağa hazır olduğu deyilir.

“Real”da xoşbəxt olmayan yarımmüdafiəçinin komandadan gedəcəyi gözlənilir. Onunla “Mançester Siti”nin də maraqlandığı deyilir.