“Yuventus” rəsmisindən azarkeşlərə Mbappe vədi

Çempionlar Liqasında “Atletiko”nu mübarizədən kənarlaşdıran “Yuventus”, növbəti mövsüm üçün transfer hazırlıqlarına başlayıb.

Komanda.az “Tuttosport”a istinadən xəbər verir ki, “qoca sinyora” mövsümün sonunda PSJ-nin futbolçusu Kilian Mbappeni heyətinə qatmaq üçün hərəkətə keçəcək. “Atletiko” ilə oyundan sonra bir qrup “Yuventus” azarkeşi ilə görüşən klubun idman direktoru Fabio Paraticinin Mbappenin transferi üçün tərəfdarlara söz verdiyi bildirilir.

Paris təmsilçisi ilə 2022-ci ilədək müqaviləsi olan fransalı futbolçu, bu mövsüm iştirak etdiyi 33 oyunda 29 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button