“Yuventus” onunla vidalaşır

“Yuventus”un futbolçusu Daniele Ruqani karyerasını Fransada davam etdirməyə yaxındır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi “Renn”lə anlaşıb. Futbolçu yeni klubunda tibbi müayinədən keçmək üçün Fransaya gedib. Onun Liqa 1 klubu ilə illik 1,5 milyon avro olmaqla icarə müqaviləsi imzalayacağı bildirilir.

Ruqaninin “Yuventus”la müqaviləsi 2024-cü ildə başa çatır.