“Yuventus” onunla razılaşdı: 12 milyon+4 illik müqavilə

“Yuventus”un “Real”dan Marselonu transfer etmək istədiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi ilə braziliyalı futbolçu arasında ilkin razılaşma əldə olunub. Bu barədə İspaniyanın “As” nəşri məlumat yayıb. Xəbərdə, “Yuventus”un Marselo ilə 4 illik müqavilə imzalayacağı bildirilib. Braziliyalı müdafiəçi “qoca sinyora”da illik 12 milyon avro qazanacaq.

Marselonun “Real”la hazırkı müqaviləsi 2022-ci ilin yayında bitir.