“Yuventus” onun üçün danışıqlara başladı

“Yuventus” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi “Cenoa”nın futbolçusu Kristian Romeronu transfer etməyə yaxındır. Bu barədə “Cenoa”nın prezidenti Enriko Preziosi İtaliya mətbuatına açıqlamasında deyib. O, Romeronun transferi üçün “Yuventus”la danışıqlara başladıqlarını bildirib.

“Cenoa”ya 2018-ci ilin yayında transfer edilən Romeronun müqaviləsi 2023-cü ilə qədərdir.